Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
09:22 4 May 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3057025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR