10 aylıq körpə milyonları şoka salıb - VİDEO - FOTO

10 aylıq körpə milyonları şoka salıb - VİDEO - FOTO
12:05 15 Yanvar 2015
540 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xuanita Valentina Ernandes güclə danışsa da, artıq ölkəsinin ən məşhur insanlarından birinə çevrilib. O, 10 aylıq qızdır və populyarlığının səbəbi hansısa fitri istedadı yox, çəkisidir.

10 aylıq Xuanitanın çəkisi 20 kiloqramdır və o, 5 yaşlı uşaq ağırlığındadır.
 
Milli.Az BTV-yə istinadən bildirir ki, anadan olanda çəkisi vur-tut 3,2 kq olan Xuanita sürətlə kökəlməyə başlayıb və 10 aydan sonra nəhəng uşağa çevrilib.
 
Həkimlərin dediklərinə görə, 10 aylıq körpənin maksimal çəkisi adətən 8,5 kiloqramdan artıq olmur.
 
"Qızımın hava şarı kimi şişməsinin səbəblərini bilmirəm. Həkimlərin dediklərinə görə, qızımda patoloji kökəlmə və piylənmə var. Balama görə çox qorxuram. Qızım doğulandan 15 gün sonra kökəlməyə başladı. Müalicə üçün pulumuz yoxdur. İşsizik, kasıbıq", - balaca Xuanitanın anası, Kolumbiyanın Libano şəhərinin sakini Sandra Franko söyləyib.
 
Kolumbiyadakı "Gorditos de Corazon" xeyriyyə təşkilatı Xuanitanın müalicəsi ilə bağlı xərcləri öləyəcəyini bildirib. Hazırda paytaxt Boqotada mütəxəssislərin müayinə etdikləri Xuanitada orqanizmdə daimi aclıq hissi yaradaraq vücud çəkisini təhlükəli sürətlə artıran Prader-Villi sindromu var.
Bundan başqa, həkimlər Bekvit-Videman sindromunu da istisna etmirlər.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR