Evdən narkotik vasitə götürüldü

Evdən narkotik vasitə götürüldü
10:54 4 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Şəki sakininin evindən narkotik vasitə götürülüb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan ONA-ya verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini Rövşən adlı şəxsin narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də onun satışı ilə məşğul olması barədə məlumat əldə ediblər.
 
Əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 43 yaşlı Şəki şəhər sakini Rövşən Vahidov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 300 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR