Xaçmazda sərxoş sürücü qəza törətdi - 3 nəfər xəsarət aldı

Xaçmazda sərxoş sürücü qəza törətdi - 3 nəfər xəsarət aldı
11:01 4 May 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Nərəcan kəndi ərazisində gecə saat 23:00 radələrində qeydə alınıb.

Yolda hərəkətdə olan “VAZ-21015” avtomobili əvvəlcə traktor, daha sonra “Shacman” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Qəza zamanı “VAZ-21015” avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu deyilir.

Hadisədə xəsarət alan 1962-ci il təvəllüdlü Xəlilov Fətulla Sədulla oğlu alt çənə və üz nahiyəsinin açıq yırtığı, 1992-ci il təvəllüdlü Həsənov Yüksəl Soltanəhməd oğlu alt dodağın və döş qəfəsinin əzilməsi və 1959-cu il təvəllüdlü Seyidov Seyidşah Buxsay oğlu alın nahiyəsinin cırılması və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin tibbi yardım aldıqdan sonra Y.Həsənov və S.Seyidov ambulator müalicəyə göndəriliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3057085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR