Xaçmazda sərxoş sürücü qəza törətdi - 3 nəfər xəsarət aldı

Xaçmazda sərxoş sürücü qəza törətdi - 3 nəfər xəsarət aldı
11:22 4 May 2019
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Nərəcan kəndi ərazisində gecə saat 23:00 radələrində qeydə alınıb.

Yolda hərəkətdə olan "VAZ-21015" avtomobili əvvəlcə traktor, daha sonra "Shacman" markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Qəza zamanı "VAZ-21015" avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu deyilir.

Hadisədə xəsarət alan 1962-ci il təvəllüdlü Xəlilov Fətulla Sədulla oğlu alt çənə və üz nahiyəsinin açıq yırtığı, 1992-ci il təvəllüdlü Həsənov Yüksəl Soltanəhməd oğlu alt dodağın və döş qəfəsinin əzilməsi və 1959-cu il təvəllüdlü Seyidov Seyidşah Buxsay oğlu alın nahiyəsinin cırılması və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin tibbi yardım aldıqdan sonra Y.Həsənov və S.Seyidov ambulator müalicəyə göndəriliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/752167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR