Qızlar komandası oğlanlar liqasının qalibi oldu - İlk

Qızlar komandası oğlanlar liqasının qalibi oldu - İlk
13:27 4 May 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə futbolunda maraqlı hadisə qeydə alınıb. Oğlanlar arasında keçirilən U-12 liqasının qalibi qızlar komandası olub.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, "Frankfort" U-12 qızlar arasında liqa təşkil edilmədiyi üçün oğlanların çempionatına qatılıb. 17 matçın 14-də qalib gələn komanda qalan 3 görüşdə də heç-heçə edib və liqa yekunlaşmamış çempionluğu rəsmiləşdirib. "Frankfort" 17 oyunda 75 qol vurmaqla yüksək məhsuldarlıq nümayiş etdirib.

Qızlar komandasının oğlanlar liqasında çempion olması İngiltərə futbolu tarixində ilkdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR