Luka Yoviç İspaniyanın “Real” klubuna keçir

Luka Yoviç İspaniyanın “Real” klubuna keçir
15:59 4 May 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Luka Yoviç İspaniyanın “Real” klubuna keçəcək.
 
ONA-nın “As”a istinadən məlumatına görə, serbiyalı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub.
 
Madrid klubu L.Yoviçin transferi üçün 60 milyon avro ödəyəcək. Bunun 48 milyonu “Ayntraxt”a, 12 milyonu isə futbolçunun əvvəl çıxış etdiyi Portuqaliya “Benfika”sına çatacaq. Buna səbəb Lissabon təmsilçisinin futbolçunun hüquqlarına 20 faiz sahib olmasıdır.
 
21 yaşlı futbolçu ilə Fransa PSJ-si və Almaniya “Bavariya”sı da maraqlandığı üçün “Real” rəhbərliyi transferi tez həll etməyə qərar verib.
 
Qeyd edək ki, L.Yoviç cari mövsüm Bundesliqada 29 oyunda 17, Avropa Liqasında 13 oyunda 9 qol vurub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR