Azərbaycanlı gimnast beynəlxalq yarışda 395 nəfər arasında 3-cü yeri tutub

Azərbaycanlı gimnast beynəlxalq yarışda 395 nəfər arasında 3-cü yeri tutub
16:07 4 May 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstanın Harkani şəhərində XVI ənənəvi “Pecs” kuboku uğrunda yarışlar keçirilir.
“Report” xəbər verir ki, yarışda Azərbaycanı 2010-cu il təvəllüdlü Mina Abbasova təmsil edir.
O, müxtəlif yaş kateqoriyalarından olan 395 gimnastın qatıldığı turnirdə 3-cü yerə layiq görülüb.
Mayın 3-də başlayan yarış 5-də yekunlaşacaq.
Qeyd edək ki, sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.





Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanli-gimnast-qalib-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR