“Fani” qasırğası Banqladeşdə 6 nəfəri öldürdü

“Fani” qasırğası Banqladeşdə 6 nəfəri öldürdü
16:08 4 May 2019
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cənubi Asiyada tüğyan edən “Fani” qasırğası Banqladeşdə azı 6 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, həyatını itirənlərdən biri 7 yaşlı uşaqdır.

Qeyd edək ki, “Fani qasırğası” ötən gün Hindistanın şimal ştatlarında ciddi fəsadlar törədib. Banqladeşdə də şiddətli külək və yağıntılara səbəb olan qasırğa gün ərzində sürətini azaldıb.

Meteoroloqların proqnozlarına görə, leysan yağışları Banqladeşdə həftəsonu günlərində də davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3057082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR