Bələdiyyə sədri avtomobil qəzasında öldü

Bələdiyyə sədri avtomobil qəzasında öldü
19:24 4 May 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında qeydə alınıb.
 
Belə ki, Goranboy sakini idarə etdiyi “Mercedes” markalı, “22-BJ-656” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, daha sonra kanala düşüb. 
 
Sürücü hadisə yerində dünyasını dəyişib.
 
Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR