"Yuventus"un futbolçusu Corcio Kyellini komanda yoldaşı Kriştianu Ronaldu ilə "Barselona"nın hücumçusu Lionel Messini müqayisə edib.
Portuqaliyalı hücumçu "Torino" ilə matçda fərqlənərək klub karyerasında 601-ci qolunu vurub. O, bu göstəricidə L.Messini (600 qol) bir qol qabaqlayıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Kyellini bu iki oyunçu ilə bağlı deyib: "Onlar tennisçilər Federer və Nadala bənzəyirlər. Bir gün Ronaldu, başqa bir gün isə Messi dünyanın ən güclüsü olur. Ancaq gerçək odur ki, onlar başqa idman növündə oynayan yadplanetlidirlər".
Milli.Az