Goranboyun bələdiyyə sədri yol qəzasında ölüb

Goranboyun bələdiyyə sədri yol qəzasında ölüb
19:47 4 May 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.
Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.
Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyun-belediyye-sedri-yol-qezasinda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR