"Borussiya" səfərdə

Almaniya Bundesliqasında 32-ci turun oyunları davam edir.

Metbuat.az məlumatına görə, günün son matçında "Borussiya" səfərdə "Verder"in qonağı olub.

İlk hissəni 2:0 hesabı ilə öz xeyirinə başa vuran Dortmund təmsilçisi ikinci yarıda üstünlüyünü əldən verib. Nəticədə qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Bremende 2 vacib xal itirən "Borussiya" çempionluq yarışında ciddi zərbə alıb. Dortmundlular sona 2 tur qalmış 74 xalla zirvədə yer alan "Bavariya"dan artıq 4 xal geri qalır. "Verder" isə 47 xalla 9-cu sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR