İsrail zərbələri nəticəsində "Anadolu" agentliyinin Qəzzadakı ofisi dağılıb

İsrail zərbələri nəticəsində "Anadolu" agentliyinin Qəzzadakı ofisi dağılıb
08:54 5 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

İsrail hərbi qüvvələri tərəfindən Qəzza bölgəsinə endirilmiş raket zərbələri nəticəsində Türkiyənin “Anadolu” xəbər agentliyinin buradakı ofisi dağılıb.

 

ONA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

 

Onun sözlərinə görə, İsrailin bölgəyə zərbələr endirməsi burada yaranmış gərginliyin bariz nümunəsidir. Türkiyə XİN Qəzzanın havadan atəşə tutulmasını sərt şəkildə qınayıb.

 

Bildirilir ki, israilli hərbçilər əvvəlcə binaya xəbərdaredici atəş açıblar. Agentliyin işçiləri binanı tərk etdikdən sonra ora 5 raket atılıb ki, nəticədə bina tamamilə dağılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR