Lukaşenkodan Avropanı təəccübləndirən qərar

Lukaşenkodan Avropanı təəccübləndirən qərar
09:42 5 May 2019
105 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko "Şərq tərəfdaşlığı"nın yubiley tədbirinə qatılmayacaq.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Sputnik agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, əvəzində Brüsellə Belarus xarici işlər naziri Vladimir Makey yollanacaq.

Qeyd olunur ki, Lukaşenko "Şərq tərəfdaşlığı"nın 10 illik yubiley tədbirinə dəvət alsa da, sonda Brüsselə getməmək qərarına gəlib.

Bununla belə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib ki, yaxın zamanlarda "Şərq tərəfdaşlığı"nın əsas məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün şərait yaradılsa, Lukaşenkonun Brüsselə səfəri gerçəkləşə bilər.

Qeyd edək ki, sözügedən tədbir Brüsseldə mayın 13-14-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR