Bakıda 4 otaqlı ev

Bakıda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR