Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Dostluq marafonu” keçirilib - FOTO
13:05 5 May 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Dostluq marafonu" keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Marafon Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Ümumrusiya Millətlərarası Gənclər İttifaqının dəstəyi ilə təşkil edilib. "Küləyə qalib gəl" Bakı marafonuna dəstək məqsədilə keçirilən, müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirən, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edən aksiyada RAGB-nin nümayəndələri, Rusiyanın ali məktəblərinin tələbələri iştirak edib.

Moskva "Dostluq marafonu"nun məsafəsi 8 kilometrə yaxın olub. İştirakçılar "Universitet" metrosunun yaxınlığında start götürərək, şəhərin müxtəlif yerlərindən - Kosıgin küçəsindən, "Vorobyovı qorı"dan, Puşkinsk və Frunzensk sahilboyundan, "Neskuçnı sad"dan keçərək Qorki parkında finişə çatıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/752390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR