Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub

Bakı Marafonu: İkinci və üçüncü yerin qalibləri bəlli olub
13:24 5 May 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu 2019"da ikinci və üçüncü yeri tutanlar müəyyənləşib.
 
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda iranlı Məhəmməd Cəfər Moradi ikinci, Azərbaycan təmsilçisi Elman Abışov isə üçüncü olublar.
 
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
 
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
 
(AZƏRTAC)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR