“İnsanlar Ronaldu səhv etsin deyə, gözləyirlər”

“İnsanlar Ronaldu səhv etsin deyə, gözləyirlər”
16:42 5 May 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu ona yönələn tənqidlərlə bağlı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatına danışan portuqaliyalı hücumçu, bunları deyib:

""Yuventus"a yaxşı uyğunlaşdım. Beş "qızıl top" və 5 dəfə Çempionlar Liqası kubokunu qazanmışam. Bəzən özümə əsəbiləşirəm və artıq yoruluram. Sanki hər mövsüm ən yaxşı olduğumu sübut etməliyəm. İnsanlar Ronaldo səhv etsin deyə, gözləyirlər".

Qeyd edək ki, Ronaldu bu mövsüm "Yuventus"la 41 qarşılaşmada iştirak edib. 34 yaşlı hücumçu bu oyunlarda 28 qol vurub, 13 məhsuldar ötürmə verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR