"Barselona" hücum xəttini gücləndirir

"Barselona" hücum xəttini gücləndirir
17:47 5 May 2019
117 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Groningen"də forma geyinən Ludovit Reysi transfer etməyə yaxındır. Bu barədə Hollandiyanın "De Telegraaf" nəşri məlumat yayıb.

"Barselona" 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. "Groningen" Reysin transferindən bonuslarla birlikdə 7,7 milyon avro qazanacaq.

Erediviziya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan Reys bu mövsüm 29 qarşılaşmada iştirak edib.

Reys Hollandiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.

Xatırladaq ki, "Barselona" bir müddət əvvəl "Ayax"ın holland yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR