“BBC” əfsanəyə dönmüş eybəcərdən yazır - Şahzadənin ziyarət etdiyi “fil-adam” - FOTO

“BBC” əfsanəyə dönmüş eybəcərdən yazır - Şahzadənin ziyarət etdiyi “fil-adam” - FOTO
18:57 5 May 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xalq arasında ona "Fil adam" (Elephant Man) deyirdilər. 1862-ci ildə doğulmuş Joseph Merrick son dərəcə eybəcər olub. Həm də ondan kəskin iy gəlirmiş.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu adam haqqında onlarla kitab yazılıb, film çəkilib. Qərb insanı üçün "fil-adam" son dərəcə doğmadir.

O, 129 il öncə dünyasın dəyişib. Elə o vaxtdan da onun skeletini London Royal Xəstəxanasında saxlayıblar. Tibb üzrə təhsil alan tələbələr o skelet üzərində tibb elminin incəliklərinə yiyələnib. Ancaq indi Jo Vogor-Mungovin iddia edir ki, o, Joseph Merrickin Londondakı qəbrini tapıb və həmin məzarda mərhumun skeletindən kənarlaşdırılmış hissələr 1890-cı ildə basdırılıb. Xanım-araşdırıcı Vigor-Mungovin deyir ki, 99 faiz əminəm ki, yanılmıram.

Jo Vigor-Mungovin lays flowers at the possible grave of Joseph Merrick

Bu məsələyə Britaniyada ciddi maraq var. Yerli məmurlar "fil-adam"ın dəfn olunduğu yerdə abidə ucaldılması haqqında düşünürlər. Çoxları əmindir ki, "fil-adam" haqqında oxumuş turistlər həmin abidənin ziyarətinə tələsəcək.

Tarixə məlumdur ki, 1884-cü ildə bir nəfər şoumen ondan qul kimi istifadə edib. Eybəcər varlığı insanlara göstərməklə pul qazanırmış.

Still from Elephant Man movie

1886-cı ildə "fil-adam" haqqında məlumat cərrah Frederick Trevesə çatır. O, şoumenə xeyli pul verib "fil-adamı" alır və xəstəxanaya gətirir. Onu müayinə edir. Düşünün ki, xəstənin başının diametri 91 sm. olub. Cərrah onun xəstəxanada qalması üçün öz cibindən xeyli pul xərcləyir. Axırda həkim qəzet üzərindən xalqa müraciət edir. Deyir ki, bu adamın yaşaması üçün yardım edin. İngilislər bu eybəcər varlığa kömək üçün gözlənildiyindən qat-qat çox pul yığır...

Britaniyanın ən tanınmış adamları onu xəstəxanada ziyarət edir. 1887-ci ildə Uels şahzadəsi Aleksandra da ona baş çəkir. Sonra isə yenil il münasibəti ilə ona təbrik açıqcası göndərir.

Bu adam haqqında yazılmış bədii əsərdən birini mən də oxumuşam. Adam üzdən nə qədər eybəcər olubsa, daxilən bir o qədər gözəl imiş. İngilislər ona sahib çıxandan sonra ömrünün sonuna kimi vaxtını kitab oxumağa sərf edib. Deyirmiş ki, dünyaya gələndən hamıdan zülm gördüm. Anam çox gözəl idi. Mən nə qədər eybəcər olsam da o, məni hamıdan çox sevirdi. Nə yazıq ki, anam tez öldü və mən mənə hər addımda lağ edən insanların əhatəsində yaşamalı oldum...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR