Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar - SİYAHI

Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar - SİYAHI
21:17 5 May 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Təbiətdə olan elə qida məhsulları var ki, onlar şəkərin əvəzləyicisi kimi şirniyyata olan ehtiyacımızı ödəyir. Sirrini bilmədiyimiz həmin məhsullar sağlamlığımız baxımından da möcüzəvi əhəmiyyətə malikdir.

Milli.Az yenicag.az-a istinadən həmin qida məhsullarını təqdim edir:

1. BAL - Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. BANAN - Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. DUZ - Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. ŞİRİN ƏDVİYYATLAR - Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.

5. VANİL - Təbii şəkərlərlə zəngin olan vanili toz halında və ya toxumları ilə birlikdə şirniyyatlara əlavə edə bilərsiniz. Dad verməklə yanaşı, yaydığı xoş ətir sizə zövq verəcək.

6. KÖK - Əgər şirniyyatlarınıza şəkərə alternativ olaraq kök əlavə edəcəksinizsə, onların bişirildikdən sonra daha şirin olduqlarını unutmayın.

7. SOĞAN - Nə qədər heyrətə səbəb olsa da, soğan yeməklərə şirin bir dad verir.

8. TƏBİİ MEYVƏ SULARI - Bu sular tərkibində olan bol vitaminləri ilə həm sağlamlığımız üçün faydalıdır, həm də təbii şəkər ehtiva edir.

9. XURMA - Karamelə bənzər bir dada sahib olan bu möcüzəli meyvəni şirniyyatlara əlavə edərək, şəkəri istifadə etməyi tərgidə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/750636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR