Heydər Əliyev Fondu Xaçmaz sakinləri üçün konsert proqramı təqdim edib (FOTO)

Heydər Əliyev Fondu Xaçmaz sakinləri üçün konsert proqramı təqdim edib (FOTO)
22:01 5 May 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Xaçmaz şəhərində keçirilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib.

Tədbirdə bildirilib ki, yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlıq, mərhəmət, humanistlik, milli-mənəvi dəyərlərə sadiqlik prioritet istiqamətlər kimi müəyyən edilib. On beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.

Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Konsert proqramı Xaçmaz sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bundan əvvəl Ağdam rayonunun Quzanlı qəsəbəsində, Şəkidə və Gəncədə konsertlər təşkil olunub.

Növbəti bayram tədbirləri mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəranda və Naxçıvanda keçiriləcək. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3057527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR