Türkiyənin məşhur yazıçısı Qədr Mısıroğlu vəfat edib

Türkiyənin məşhur yazıçısı Qədr Mısıroğlu vəfat edib
05:24 6 May 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur yazıçısı Qədr Mısıroğlu bu gecə vəfat edib. 
 
ONA Türkiyənin “hurriyet” agentliyinə istinadən xəbər verir ki, bir müddət Acıbadem Altunizade Xəstəxanasında müalicə alan mərhum 86 yaşında dünyasını dəyişib. 
 
Prezident Rəcəb Təyyub Ərdoğan, Tvitter hesabında çox sayda tarixi əsərlər müəllifinin vəfatı ilə bağlı başsağlığı verib: "Ölkəmizin əhəmiyyətli tarixçi yazarlarından biri olan Qədr Mısıroğlunun vəfatını təəssüf hissilə öyrəndim. Hörmətli Mısıroğluna Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm. Məkanı cənnət olsun". 
 
Digər dövlət xadimlərindən prezident sözçüsü İbrahim Qalın, Xəzinə və Maliyyə naziri Berat Albayrak da sosial şəbəkə üzərindən yazıçının vəfatından kədərləndiklərini bildirərək, ailəsinə səbir diləyiblər: “Bütün sevənlərinin başı sağ olsun".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR