Azərbaycanlı müğənni: "Atamın etibarsız oğlundan danışmaq istəmirəm"

Azərbaycanlı müğənni: "Atamın etibarsız oğlundan danışmaq istəmirəm"
12:17 15 Yanvar 2015
104 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın illər əvvəl onları atıb gedən atasını bağışlayıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda “5/5” verilişində deyib.

O, atasının sirroz olduğunu bildirərək sevənlərindən ona dua etmələrini istəyib:
“Sevənlərimdən xahiş edirəm, atam üçün dua etsinlər. Xəstəxanaya yerləşdirmişik, sirrozdur, ciyər köçürüləcək”.
 
Aparıcının “Sənin atan var ki? Bacın İlahə Fədadan bir dəfə atasını soruşanda əsəbləşdi ki, onun adın çəkmə” sözlərinə ifaçı belə cavab verib:
 
“Atam niyə yoxdur ki? Göydən düşmüşəm, yoxsa yerdən çıxmışam? Cavan, yaraşıqlı oğlan olub. Səhv edib, gedib xaricə, başqasıyla ailə qurub. Amma o xaricdən gələndə həmişə bizi axtarıb. İlahə deyə bilər, mənim ürəyim yol verməz. İkinci ailəsindən bir qızı, bir oğlu var. O həyat yoldaşından da ayrılıb. Qızı mənim kimi qeyrətlidir, atasının başının üstə durub, qulluq edir. Onun yanında olmayan etibarsız oğlundan isə danışmaq belə istəmirəm. Anam məni qınamır, hamı deyir düz yoldasan. Ondan heç vaxt 38 il əvvəl bizi atıb getməsi ilə bağlı soruşmamışam. İndi mənim atama ürək-dirək verən vaxtımdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR