Azərbaycanın neft-qaz sektoruna 80 mlrd. dollardan çox investisiya qoyulub

Azərbaycanın neft-qaz sektoruna 80 mlrd. dollardan çox investisiya qoyulub
10:07 6 May 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Podratçılar tərəfindən 1995-ci ildən indiyədək Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 80 mlrd. ABŞ dollarından artıq məbləğdə sərmayə yatırılıb.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində “Yeni neft strategiyasının banisi” adlı məqaləsində qeyd edilib.
Bildirilib ki, hazırda SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 24 şirkətlə imzalanmış 19 Hasilatın Pay Bölgüsü Sazişi və 2 Risk Xidməti Sazişinin tərəfdaşlarıdır.
Məqalədə Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün həyata keçirdiyi tədbirlər vurğulanıb və bildirilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hesablanmış enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər yolunu bu gün də uğurla davam etdirir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanin-neft-qaz-sektoruna-80-mlrd-dollardan-cox-investisiya-qo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR