Trampdan İsrailə Qəzza dəstəyi

Trampdan İsrailə Qəzza dəstəyi
10:18 6 May 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya havadan hücum etməsini tam dəstəkləyib.

Publika.az xəbər verir ki, bu barədə Tvitter hesabında paylaşım edən Tramp bu hücumu Qəzzadan İsrailə olan hücumlara cavab olduğunu ifadə edib.

“İsrail bir daha HƏMAS və “İslam Cihadı” terror təşkilatlarının ölümcül, çoxlu raket hücumları ilə üz-üzədir. İsrailin vətəndaşlarını qorumaqla bağlı addımlarına 100 faiz dəstək veririk”, -deyə Tramp tvitter hesabında yazıb.

Qeyd edək ki, təkcə bazar günündən bu saata qədər 21 fələstinli İsrail hücumları nəticəsində şəhid olub. İsrail əsasən Qəzza zolağının cənub, şimal və orta qisimlərinə sadə vətəndaşların yaşadığı, əkinçiliklə məşğul olduğu və ictimai nəqliyyatın sıx olduğu ərazilərdə hücumlar həyata keçirir.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR