“Samsung” şirkəti "mükəmməl" smartfon təqdim edəcək

“Samsung” şirkəti  "mükəmməl" smartfon təqdim edəcək
10:35 6 May 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın “Samsung” şirkəti dəlik və kəsikləri olmayan "mükəmməl" smartfon təqdim etməyə hazırlaşır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin vitse-prezidentlərindən biri deyib ki, ön kameranı irəli-geri çəkilən modul kimi deyil, ekranın alt hissəsində yerləşdirmək planlaşdırılır.

 

Kameranın aktivləşdirilməsi vaxtı ekranın müvafiq sahəsi şəffaf olacaq. Bu texnologiyanın artıq növbəti smartfon modellərində tətbiqi güman edilir.

 

Cihazın satışa çıxarılacağı tarix məlum deyil.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60573-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR