YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11:47 6 May 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Fəxri xiyabanda ulu öndərin məzarı ziyarət edib. 
"Report" xəbər verir ki, YAP nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Ziyarətçilər arasında Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini, AMEA prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, nazirlər və ictimaiyyət nümayəndələri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/yap-rehberliyi-umummilli-lider-heyder-eliyevinmezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR