Gürcüstanda 83 milyon il əvvəl nəsli kəsilən heyvan kameraya düşdü - VİDEO

Gürcüstanda 83 milyon il əvvəl nəsli kəsilən heyvan kameraya düşdü - VİDEO
12:05 6 May 2019
Ölkə mətbuatı
A- A+

Dünya internet şəbəkəsində yayılan bir video çarx böyük marağa səbəb olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kadrlar Gürcüstanın paytaxtındakı bir şirkətin müşahidə kamerasına düşüb. Gecə vaxtı qeyri-adi məxluq binaya soxulmağa çalışır. Velosiraptorlar ikiayaqlı yırtıcı dinozavrdır və 83 milyon il əvvəl yaşayıb. Quyruğunu yelləyən canlı yük maşınına yaxınlaşır, ətrafı müşahidə edir və yoxa çıxır.

Məlum olub ki, gecə vaxtı mühafizədə olan işçilər bu kadrları görüblər və təhlükəsizlik kamerası tərəfindən qeydə alıblar. Bir çox internet istifadəçisi bildirir ki, kadrlardakı həqiqətən də velosiraptordur. Bəziləri isə video montajdan və dinozavr kostyumu geyinmiş insandan danışırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR