Aparıcı Sonanın başına iş gəldi - "Şumlaya-şumlaya gəliblər" - FOTO

Aparıcı Sonanın başına iş gəldi - "Şumlaya-şumlaya gəliblər" - FOTO
12:12 6 May 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Media FM"in aparıcısı Sona Rəsulovanın başına iş gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün aparıcının Yasamal rayonunun Mətbuat prospekti ərazisində park etdiyi avtomobilinin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Aparıcı "bardaçok"dakı siqaretinin oğurlandığını qeyd edib. S.Rəsulovanın sözlərinə görə, oğrular digər avtomobil sahiblərinə də zərər vurublar.

"Gecə əməlli-başlı avtomobillərin soyqırımı olub. Şumlaya-şumlaya gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də qırıblar. Telefonu, saatları, pul qabları oğurlanıb - deyə, aparıcı əlavə edib.

Zərərçəkənlər polis bölməsinə müraciət ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/752641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR