Azərbaycan Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başladı

Azərbaycan Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başladı
13:22 6 May 2019
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin elektroengetikada sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan dövləti elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən "Azərenerji" ASC Gürcüstan və Türkyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumuniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.

Bu barədə Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

Qeyd edək ki, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, oların da hər ikisində "Azərenerji" ASC uğur əldə edib. "Azərenerji" ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

"Azərenerji" ASC ixrac imkanlarının artırılması ilə yanaşı enerjisitemin etibarlığının təmin edilməsi, o cümlədən artan təlabatın qarşılanması üçün Reablitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/752629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR