Nazirlik yarım milyon pulu ödətdirdi

Nazirlik yarım milyon pulu ödətdirdi
12:21 15 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilməsinə xüsusi diqqət yetirir.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ötən il DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527 min 574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Bu məbləğin 468434 manatı (88,8%) əmək haqlarından, 33932 manatı (6,4%) zərərə görə ödənclərdən, 25208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.

Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18.6%) və tikinti sektoruna (22.6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub.

Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR