Bakıda “Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi” mövzusunda seminar keçirilib

Bakıda “Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi” mövzusunda seminar keçirilib
14:57 6 May 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 2-də Bakıda “Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi” mövzusunda maarifləndirici seminar keçirilib.
“Report” bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Seminar ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, təksahiblik düşüncə tərzinin dəyişdirilməsi, habelə maliyyə savadlılığının artırılması istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) həyata keçirdiyi silsilə tədbirlərdən biri olub.
Tədbirdə Türkiyənin Anadolu Univeristetinin professoru dövlət şirkətlərinin kapital bazarları vasitəsilə özəlləşdirilməsi sahəsində Türkiyə təcrübəsi haqqında geniş məlumat verib. Eyni zamanda, MBNP-nin, “Bakı Fond Birjası” QSC-nin (BFB) və investisiya şirkətlərinin nümayəndələri seminar iştirakçıları ilə kapital bazarlarında maliyyələşmənin üstünlükləri, korporativ idarəetmə, qiymətli kağızların kütləvi təklifi, səhm və istiqraz emissiyalarının həyata keçirilməsi barədə fikirlərini bölüşüb.
İnteraktiv müzakirələr və dialoq formatında keçirilən tədbir çərçivəsində iri dövlət şirkət və müəssilərinin kapital bazarlarında maliyyələşməsi təşviq edilib, bununla bağlı BFB-nin həyata keçirdiyi və və qabaqcıl audit, hüquq və investisiya şirkətlərinin ödənişsiz əsaslarla məsləhət xidməti verdiyi “Listinq Məsləhət Proqramı”na qoşulmaları tövsiyə edilib.
Seminarda 20-dən çox dövlət şirkətinin, eləcə də MDM-in nümayəndələri də iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-dovlet-sirketlerinin-kapital-bazarlari-vasitesile-maliyyelesmesi-movzusunda-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR