Zaqatalada gəlinlik mağazası yandı

Zaqatalada gəlinlik mağazası yandı
14:59 6 May 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada gəlinlik geyimləri satan mağazada yanğın olub.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala bazarı ərazisində  Quliyev Vaqif Soltan oğluna məxsus, ümumi sahəsi 60 kv.m olan gəlinlik geyimləri satan mağazada baş verib.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində salonun çardaq hissəsinin yanar konstruksiyaları 4 kv.m-lik sahədə yanıb.
 
Salonun qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR