Rusiyada daha bir sərnişin təyyarəsi QƏZAYA UĞRADI

Rusiyada daha bir sərnişin təyyarəsi QƏZAYA UĞRADI
16:37 6 May 2019
158 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sibir vilayətindəki Norilsk şəhərində təyyarə qəzası baş verib.

Milli.Az Redaktor.az-a istinadən xəbər verir ki,  NordStar hava yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi eniş zamanı zolağdan çıxıb. Hadisə zamanı göyərtədə 100 sərnişin olub. Onlar arasında ölən və yaralanan olmayıb. Sərnişinlər və heyət üzvləri təcili təxliyə edilib.

Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə "Şeremetevo" hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib. Hadisə zamanı təyyarədə 73 sərnişin və 5 heyət üzvü olub. Həmin kadrlar anbaan lentə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR