Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alınıb

Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alınıb
21:42 6 May 2019
94 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinə ilk namizəd kimi qeydə alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, MSK bu günə artıq dörd namizədin - Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel və ilk qadın namizəd Daniya Yespayevanı növbədənkənar prezident seçkilərində iştirakını qeydə alıb.

Namizədlərdən Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim etsə də, ana dili imtahanından keçə bilməyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu ilin iyunun 9-da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/752690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR