Paytaxtda bir aylıq QADAĞA

Paytaxtda bir aylıq QADAĞA
22:53 6 May 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Tehran polisi Ramazan ayı ərzində ictimai yerlərdə oruc tutmadığını bəyan edən insanları cəzalandıracaq.

Publika.az xəbər verir ki, Azərtac-ın Tehran polis idarəsinin rəisi Hüseyn Rəhiminin vətəndaşlara etdiyi müraciətinə istinadən xəbər verir ki, kafe və restoranların fəaliyyəti axşam namazına kimi qadağan ediləcək.

Sifarişlə yemək hazırlayıb evlərə və iş yerlərinə çatdıran restoranlar isə polisdən xüsusi icazə aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

Polis rəisi onu da qeyd edib ki, otel və kinoteatrlar da iftardan sonra fəaliyyət göstərə bilərlər.

Xatırladaq ki, bu gecədən başlayaraq müsəlman aləmi müqəddəs Ramazan ayına qədəm qoyacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR