Filippində yol qəzasında üç nəfər həlak olub

Filippində yol qəzasında üç nəfər həlak olub
07:36 7 May 2019
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Filippinin şimalında baş verən yol qəzasında 3 nəfər həlak olub, 73 nəfər yaralanıb.

Trend-in məlumatına görə, Keson əyalətində yol üzrə gedən avtobus, qarşı zolaqda hərəkət edən yük maşını ilə toqquşub.

İlkin məlumata əsasən, hadisə avtobus sürücüsün yük maşınını ötməyə cəhd edərkən baş verib.

Qeyd edilir ki, sürücü daxil olmaqla yük maşınıda olan iki nəfər, eləcə də avtobus sərnişinlərindən biri də yerində ölüb. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3058183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR