Lenovo ThinkBook S-in yeni seriyası hazırlanır

Lenovo ThinkBook S-in yeni seriyası hazırlanır
07:52 7 May 2019
Ölkə mətbuatı
A- A+

"Lenovo" şirkəti tezliklə yeni portativ kompüterlər seriyası təqdim edəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda "Lenovo" noutbukları bir neçə əsas seriyadan ibarət olmaqla biznes istifadəçiləri üçün "ThinkPad" noutbukları, eləcə də adi istifadəçilər üçün "IdeaPad" və "Yoga" qurğularına bölünür.

Məlumata görə, yeni seriya portativ kompüterlər "ThinkBook" və ya "ThinkBook S" adlana bilər. Çin istehsalçısı artıq 13,3 və 14 düym diaqonallı modelləri nümayiş etdirib. Korpusu metaldan hazırlanan qurğuların "Full HD" formatlı ekrana malik qapağı 180 dərəcə açılır.

Bildirilir ki, noutbuklar "Whiskey Lake" (1,8-4,6 QHs takt tezlikli dördnüvəli Core i7-8565U çipi) nəsilli "Intel" prosessoru, 16 giqabayt operativ yaddaş və 512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz edilib. Bundan əlavə, "AMD Radeon 540X" diskret qrafik sürətləndiricisinin quraşdırılması mümkündür.

Avropada may ərzində satışa çıxarılması gözlənilən "Lenovo ThinkBook S" noutbuklarının qiyməti 1000 avro təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR