Papaya görə uşaqlara divan tutulur - FOTO

Papaya görə uşaqlara divan tutulur - FOTO
12:27 15 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası 1-ci Fransiskin Filippinə rəsmi səfəri əsnasında ölkə paytaxtı Manilada evsiz-eşiksiz uşaqlar küçələrdən yığılaraq həbsxanalara daha çox bənzəyən "sığınacaq"lara aparılıblar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hakimiyyət dairələri bu addımın "Papanın səfəri zamanı sahibsiz, küçələrdə yaşayan uşaqların dilənmələrinin qarşısını almaq" üçün atıldığını desələr də, bu qərarın reallaşması vəhşilik sayılıb.
 
Çünki uşaqlar həbsxana kameralarına, ruhi xəstəxanaların "beton kisə" adlandırılan otaqlarına salınıblar. Onların çoxu böyüklərlə bir kameralarda olduqları üçün aşağılanır, döyülürlər.
 
Manilada Papanın səfəri ilə əlaqədar olaraq yüzlərlə uşağın belə cəza tədbirinə məruz qaldığı bildirilir.
 
Milli.Az
 





































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR