Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkəti Əməkdaşlıq Müqaviləsi imzaladı (FOTO)

Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkəti Əməkdaşlıq Müqaviləsi imzaladı (FOTO)
10:15 7 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

BANM-dan Trend-ə verilən məlumata görə, müqavilə çərçivəsində Ali Məktəbdə İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz olaraq veriləcək. İmzalanma mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət və İqtisadiyyat Məsələləri üzrə konsulu Vanq Çunqanq, səfirliyin attaşesi Ven Qohuey, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin, şirkətin Azərbaycan nümayəndəliyinin proqramlar üzrə meneceri Tao Civen, şirkətin Azərbaycan nümayəndəliyinin müştərilərlə iş üzrə meneceri Cong Din və Ali Məktəbin tələbələri və məsul əməkdaşları iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov Prezident İlham Əliyevin aprel ayında Çinə rəsmi səfəri zamanı “Huawei” şirkətinin sədri Lian Xua ilə keçirdiyi görüşə diqqət çəkərək bildirib ki, bu görüş iki dövlət arasındakı iqtisadi əlaqələrinin güclənməsi və yeni əməkdaşlıqların yaranmasına ciddi töhfə verib. Rektor Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının yaradılması üçün “Huawei” şirkətinin dəstəyini yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq müqaviləsinin yekunu kimi tezliklə İKT Akademiyası və laboratoriyasının açılışı olacaq və laboratoriya tələbələrin ixtiyarına veriləcək.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Ticarət və İqdisadiyyat Məsələləri üzrə konsulu Vanq Çunqanq bildirib ki, bu cür əməkdaşlıqlar iki dövlət arasında olan münasibətləri daha da möhkəmləndirir və gələcəkdə yeni partnyorluq imkanlarının davamlı olacağına ümid edib.

“Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Lu Tsanlin BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirib və şirkətin əməkdaşlarının Azərbaycanda İKT Akademiyasının və laboratoriyasının qurulmasında iştirakından məmnunluğunu ifadə edib. O, tələbələrin avtomatika sahəsində keyfiyyətli mütəxəssis kimi yetişməsi üçün şirkət olaraq onlara hər zaman dəstək olacaqlarını bildirib və tələbələrə uğurlar arzulayıb.

BANM və “Huawei” şirkəti arasında əməkdaşlığın hüquqi əsası 23 yanvar 2019-cu il tarixində imzalanmış Anlaşma Memorandumu ilə qoyulub. Bu Memorandum BANM tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək fürsəti yaradır.

“Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşmış Çinin transmilli özəl şirkətidir. “Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən artıq şəbəkə yaradaraq dünya əhalisinin 1/3-nə xidmət edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3058268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR