"Mançester Siti" 129 illik rekordu təkrarladı

"Mançester Siti" 129 illik rekordu təkrarladı
10:32 7 May 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının XXXVII turunda "Lester"i qəbul edən "Mançester Siti" 1:0 hesablı qalibiyyətə sevinib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "şəhərlilər" bu görüşdə tarixi rekordu təkrarlayıb.

Belə ki, Pep Qvardiolanın yetirmələri ardıcıl ikinci mövsümdü ki, Premyer Liqa klublarının hamısını ən azı bir dəfə də olsun məğlub edib. Bu isə 129 illik rekordun təkrarlanması deməkdi. Çünki belə bir göstəriciyə yalnız "Preston" 1988-89 və 1989-90 mövsümlərində imza atmışdı.

Dünənki nəticə ilə elitada ardıcıl 13-cü qələbəsini qazanan "Mançester Siti" bunu iki dəfə bacaran ilk klub olub. Premyer Liqa tarixində ardıcıl minimum 13 qalibiyyət ümumilikdə 4 dəfə olub. Ötən mövsüm MS 18 görüşdə xal itirməyərək, rekord müəyyənləşdirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/752878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR