Bakıda müəllimə faciəvi şəkildə öldü

Bakıda müəllimə faciəvi şəkildə öldü
11:58 7 May 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin mart ayında “Baku Medical Plaza”da əməliyyat yolu ilə uşaq dünyaya gətirən 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva vəfat edib.

Publika.az xəbər verir ki, əməliyyatdan sonra kəskin ağrıları olan və apendisiti partlayan qadın təbbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. 12 illik övlad həsrətindən sonra ana olan Lətafət Şirəliyevanın həyat yoldaşı Baba Şirəliyev bildirib ki, həyat yoldaşı həkim səhlənkarlığının qurbanı olub.

Belə ki bir neçə gün əvvəl virtualaz.org saytına açıqlama verən B.Şirəliyev bildirib ki, bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Məlum olub ki, qadının qarnına su yığılıb və onun apendsiti partlayıb. Aprelin 8-də təkrar əməliyyat olunan L.Şirəliyeva bir ay müddətində ağır vəziyyətdə reanimasiyada saxlanılsa da vəfat edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/277947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR