Prosineçki Arif Əsədovla görüşdü

Prosineçki Arif Əsədovla görüşdü
12:32 15 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan Azərbaycan millisinin məqşçilər korpusu daha bir neçə oyuna baxıblar. 

 

Fanat.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki “Neftçi” -  “Hajer” (Səudiyyə Ərəbistanı) oyununu izləyib. Sonra Prosineçki və Yaşar Vahabzadə “Neftçi”nin baş məqşçisi Arif Əsədovla görüşüblər.


Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” – "Çemnitzer" (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Eskişəhərspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-arif-sdovla-gorudu-t17463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR