"Qəbələ"nin baş məşqçisi Azərbaycan Kubokunun final matçını buraxacaq

"Qəbələ"nin baş məşqçisi Azərbaycan Kubokunun final matçını buraxacaq
13:27 7 May 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verur ki, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları, eləcə də Premyer Liqanın XXVII turunda baş verənlərlə bağlı qərarlar qəbul olunub.
Azərbaycan Kubokunda “Qarabağ” – “Qəbələ” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Miçel Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. Görüşün 75-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 800 manat cərimə kəsilib. Bu isə o deməkdir ki, 39 yaşlı mütəxəssis final oyununu buraxacaq.
Premyer Liqada “Keşlə” – “Zirə” matçında meydan sahiblərinin futbolçusu Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sumqayıt” – “Sabah” oyununda meydan sahibinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimələnib.
“Qarabağ” – “Səbail” meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-bas-mesqcisi-azerbaycan-kubokunun-final-matcini-buraxacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR