Bakıda avtomobildən dəyəri 3500 manat olan 4 gödəkçə oğurlandı - FOTO

Bakıda avtomobildən dəyəri 3500 manat olan 4 gödəkçə oğurlandı - FOTO
13:47 7 May 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Zərərçəkən polislə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov saxlanılıblar. Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Binəqədi RPİ müraciət edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/752934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR