Nazir: "Son illərdə müəllimlik peşəsinə maraq artıb"

Nazir: "Son illərdə müəllimlik peşəsinə maraq artıb"
15:47 7 May 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

"Son illərdə müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib: "Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı sonbeş ildə 2 dəfədən çox artıb: "Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 500 gənc müəllim işə qəbul olunub".
Nazir bildirib ki, ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşıllaşdırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub: "Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb. Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği də 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda bakalavriat səviyyəsində dövlət sifarişli yerlər 66 faiz artaraq 2-yə çatdırılıb".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazir-son-illerde-muellimlik-pesesine-maraq-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR