İmamoğluna sosial mediada dəstək artdı

İmamoğluna sosial mediada dəstək artdı
18:44 7 May 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə Yüksək Seçki Komissiyasının (YSK) İstanbuldakı bələdiyyə seçkilərinin yenidən keçirilməsi ilə bağlı qərarından sonra sosial mediada Əkrəm İmamoğluna dəstək artıb.
 
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, tvitterdə İstanbul Böyükşəhər Bələdiyyəsi 31 mart seçkisinin nəticələrinin ləğvindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əkrəm İmamoğlunu izləmədən çıxarıb. Buna baxmayaraq, İmamoğlunun izləmə siyahısı durmadan artır. 
 
Belə ki, 31 mart İstanbul seçkilərinin qalibini təxminən hər saniyədə iki nəfər izləməyə başlayır.
 
Xatırladaq ki, İstanbulda təkrar seçki iyun ayının 24-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR