Üçgözlü ilan

Üçgözlü ilan
21:47 7 May 2019
Ölkə mətbuatı
A- A+

Avstraliyanın, şimal ərazisinin parklar və vəhşi təbiət xidməti üçgözlü ilanın foto şəkillərini paylaşdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Monti Payton adlandırılmış üçgözlü ilan, Darvin şəhərindən 44 km aralıda tapılmışdır.

Mütəxəssislərin sözlərinə görə, ilanın yaşı çox deyil. Onun uzunluğu 40 sm-ə çatır. Alimlərin sözərinə görə, ilanın üçüncü gözü digər iki gözü kimi yaxşı görür. "Mən əvvəllər üçgözlü ilan görməmişdim. Laboratoriyamızda ikibaşlı piton ilanı var. Bu sadəcə, Siam pişikləri kimi mutasiyanın başqa növüdür", - deyə serpemtoloq Brayn Fray bildirmişdir.

Bir müddət öncə Hindistanda döğulmuş birgözlü keçi haqqında xəbər verilmişdir. Belə bir anomallıq siklopiya adlandırılaraq, 16 min heyvandan birində müşahidə olunur. Qeyd edək ki, adətən mutasiyaya məruz qalmış heyvanlar çox yaşamır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR